Real pasiyentlərin təcrübəsi. Silinməz rəylər.
Usaq stamatoloji xidmeti
Usaqlar ucun stamatoloji xidmet maraqlaniram pulsuz dovletin verdiyi bir xidmet var? Ozel hekimler usaqlar ucun cox absurd baha qiymetler qoyublar, hansisa dovler xestexanasinda bele bir xidmet var? Ya da hansisa stamatoloji merkez var usaqlar ucun pulsuz xidmet gosteren?
Mədə reflüksü, ağzım və boğazım daim turş olur. Eyni hali yaşayan var?
Salam, mədə reflüksündən əziyyət çəkənlər və ya sağalanlar məsləhət verərdiz, nə edirsiniz? Çox həkimdə olmuşam, ağzım dilim boğazım turş olur Bu sual Instagram-da bizə yazan izləyicimizin xahişi və icazəsi ilə paylaşılıb.
Helikobakter pilori ilə mübarizə. Hekayəni bura yaz, bir nəfərə ümid ol 🌿
Helikobakter pilori (mədə bakteriyası) uzun və yorucu bir yol ola bilər. Müalicə bitir, əlamətlər qayıdır, analizlər yenə müsbət çıxır. İnsan yavaş-yavaş ümidini itirir. Bu hissi yaşayan çoxdur. Amma sağalanlar da var. Bəzən bir nəfərin "mən də bu yolu keçdim, çox çətin idi, indi yaxşıyam" deməsi adamın inamını geri qaytarır. Bir ümid işığı bəzən ən güclü dərmandır. Bu icma bunun üçündür. Əgər bu xəstəliyi keçmisənsə, təcrübəni yaz: hansı müalicə kömək etdi, nə çətin oldu, nə vaxt yaxşılaşdın. Sənin hekayən kiməsə ümid olacaq. Hələ mübarizə aparırsansa, sualını ver, narahatlığını bölüş. Tək deyilsən. Burada bir-birimizə real təcrübə ilə dəstək oluruq. (Qeyd: burada yazılanlar şəxsi təcrübədir, tibbi məsləhət deyil. Müalicə qərarlarını həkiminlə ver.)
Uşaqlarda 18 ay peyvəndi
Salam, aranızda 18 ayında uşağa peyvənd etdirən var? Çox narahatam, qərarsızam məhz sırf bu peyvənddən qorxuram, autizm etdiyi barədə çoxlu rəylər var, pediatrlar isə deyir ki, uşaqda heç nəyi sonradan yaratmır, var olan xəstəliyin gedişatını ağırlaşdıra bilir. Amma sağlam uşaqlara da pis təsir etdiyi barədə rəylər məni narahat edir. Fikirləriniz maraqlıdı
Oftolmoloq
Dövlət xəsdəxanasında yaxşı göz həkimi kim tanıyır zəiflik üçün ətraflı müayinə edən savadlı
Savadlı, məsuliyyətli və xəstənin suallarına birbasa cavab verən ginekoloq
Salam, mən 5 həftəlik hamiləyəm, ginekoloq axtarlsındayam, isinin pesəkarı, savadlı məsuliyyetli en esası mesajlara şəxsən cavab verən, riskli durumları hell ede bilen bir ginekoloq axtarıram,xahis edirəm öz getdiyiniz emin oldugunuz hekimleri deyin🙏🏻🙏🏻
Pangastrit müalicəsi
Salam, çox xahiş edirəm dəqiq məlumatı olanlar cavablandırsa, sevinərəm. Mədəmdə yeməkdən sonra ağrılar olur. endoskopiya olundum, bir ay da mualicə və pəhriz etdim, amma agrılar yenə davam edir, bildiyiniz əmin olduğunuz qastroenteroloq var? Hazırkl qastroenteroloqum da çox təriflənilirdi getmisəm, təbii vasitələrlə nəsə edən olubmu aranızda? Zehmet deyilse paylasın🙏🏻
İnek sudu proteini allergiyasi olan körpəm və hekim axtarisimiz
Men allergik usaq anasi olaraq butun semimiyetimle bu reyimde butov proses barede tam ishe yarayan fikirlerimi bildirmek isteyirem ki, diger analara da umid olsun. Cunki bu yol cox yorucu, yipratici eyni zamanda da ezm teleb eden yoldur. Bunu bilin ki , tek deyilsiniz. Hazirda dogulan her 10 korpeden 1-i allergik dogulur. Sebebi genetik de ola bilir, immun sistemi reaksiyasi da la bilir. Demeli menim oglumda allergik reaksiyalar 2 ayini tamamlayandan sonra ozunu kicicik sepkilerle gosterdi. Biodermanin autoderm baum kremini istifade etdikden sonra kecib getdi. Lakin 3cu ayina azalmis, kakasinda aniden iltihab, kopuk ve reng deyisimi gordum. Ozum ana sudu verirem deye dusundum ki, yediyim hansisa qida menfi tesir gosterib. Amma qidami mueyyen qeder diqqet etsem de necis gunu gunden pislesirdi. Hem sixligi artirdi, hem kopuk artirdi, hem de usaqda qaz problemi daha da coxalirdi. Pediatrimizla elaqe saxladim. Necis fotolari istedi. Oglum yenidogulmus korpe iken antibiotik mualicesi almisdi. Pediatrimiz onun neticesinden subhelenerek cdifficile necisden analiz istedi. cdifficile A ve B pozitiv oldu deye bize yeniden antibiotik mualicesi baslatdi. antibiotikin tam kursunu etsem de oglum daha da pislesirdi. Artiq basqa pediatrlarla meslehetlesmeq qerari aldiq yoldasimla. Diger pediatr cdiff in sehven pozitiv gostere bileceyini dedi. Diger pediatr allergik reaksiyadan subhelendi ve mene dieta onerdi. Ancaq dieatini nece edeceyim barede komek ede bilmedi. Tebii ki basqa pediatr da tapdiq. Onunla da meslehetlesdik. O da texmini eyni seyleri deyirdi. Belelikle Bakida demek olar ki, en meshur pediatrlarin konsultasiyasinda olduq ve netice ala bilmedik. Arasdirib usaq allerqoloqlari tapmaga basladiq. Yeniden sahesinde en yaxshi olanin qebulunda olduq, o da ana sudunun terkibinden allergenlerin usaga kecdiyini dedi ve qati dieta onerdi. 3 hefte etsem de usaqda duzelme olmadi. Ve o hekim teklif etdi ki, ana sudunu derhal kesek ve allergik usaqlar ucun xusui hazirlanmis bitki terkibli neocate mama adli smese kecek, ve bildirdi ki dadi cox acidir ve bunu korpe cox cetin qebul edecek. Lakin ac qalib mecbur qebullanacaq. Korpesine sud veren ana ucun bu durum cox agir idi. Tebii ki, bunu qebullanmaq istemedim. Icimden bir ses mutleq bir yolu oldugunu deyirdi. Sud vermek ucun mubarize aparacaqdim, amma bunu korpemin saglamligina ziyan vurmadan etmek isteyirdim. Butun saytlari alt ust edirdim. Menim halimi yasayan analarin reylerinde umid axtarirdim. Ozbasima dieta edib, sert qidalanma rejimine kecmisdim. Oglum nisbeten duzelse de yeniden tekrarlayirdi. Yeniden usaq allerqoloqu axtarsinia dusdum ve qarsima pediatr allerqoloq Ilahe Eskerova cixdi. Bir umid qebuluna yazilib oglumuzu apardiq. Qebulda hekim prosesi en evvelinden dinlemeye basladi. Ve qeti sekilde ana sudu kesilmez dedi. Men hekimin bu cumlesine tutunaraq, ne lazimdirsa etmeye hazir oldugumu dedim. Hekim bizden diaqnoz qoymaq ucun analizler istedi. Hansi ki hemin analizleri diger hekimler diaqnoz qoymaq ucun yetersiz hesab ederdiler. Lakin ige ve non-ige analizleri sayesinde Ilahe doktor ogluma inek sudu proteini allergiyasi diaqnozunu qoydu. Ve prosesi bize tam izah etdi. Mene ozu shexsen qidalari tek tek rasionumdan cixardaraq 3-4 hefte sonra yeniden rasionuma qaytarib oglumun necis reaksiyasini yoxlamaga basladi. Tebii ki bu donem ananin uzerine chox is dusur. Ancaq ana sudu vermeye qerarlisinizsa emin olun bu dieta mutleq netice verecek. DIetani deqiq etseniz allergiyanin bitmesi ve bagirsagin ozu ozunu berpasi o qeder suretle davam edecek. Men terkibinde inek sudu olan butun qidalardan imtina etdim, et novlerinden imtina etdim, paketli qidalardan imtina etdim, ekser meyve ve terevezi ehtiyyatla istifade etdim. Hekim gundelik necis fotolarina baxib mene gosterisler verdi. Rasindan cixardigimiz qidalari tek-tek yemeyim ucun gosteris verdi, 3 gun qaydasiyla yeyib sud verirdim. Eger dusurduse davam edirdim. Ve bu proses oglumu 8ci ayina qeder davam etdi. Sonrasinda men ekser et novlerini yemeye basladim. Meyve terevez yemeye basladim. 10-cu ayindan ise yumurtani, 12 ayinda ise biz butov dieti yekunlasdirdiq. hemin muddet erzinde allergik usaqlarda inkisaf geriliyi olma ehtimalini nezere alaraq Ilahe doktor butun qabaqlayici tedbirleri ile oglumun inkisafini ela seviyyede davam etmesine komek etdi. Hazirda en kicik narahatligimizda da o, her zaman yanimizdadir. Mene gore Ilahe doktor Azerbaycan ucun bir tapintidir. Bir omur bu gergin prosesi bizim ucun xos sonluqla bitirdiyine gore once Allaha, sonra ise Ilahe Eskerovaya minnetdar qalacagiq. Umid her zaman var. Butun korpeleri Allah qorusun! Amin!
Korpede allergiya var
3 ayliq qizim ana sudu yeyir. Aniden kakasi yasil reng, kopuklu ve mukuslu olmaga basladi. Dusundum ki, muveqqetidir. Ancaq gun erzinde necis sayi artdi ve necisde noqvari qan gormeye basladim. Cox narahatam. Sizce pediatra ya allerqoloqa gosterim usagi? Xahis edirem rey bildiresiniz.
Ürək döyüntüsü — nə vaxt narahat olmaq lazımdır?
28 yaşlı qadınam. Bəzən gözləmədən ürəyim çox sürətli döyünür, 1-2 dəqiqə davam edir sonra keçir. Stresslə bağlı ola bilər deyirlər. Amma bu həftə 3 dəfə oldu. EKQ çəkdirmişəm, normal göstərir. Holter lazımdırmı? Belə vəziyyəti yaşayan varmı?
Korpeye elave qida ne zaman baslanilmalidir?
Qızım 6 aya girib, rahat otura bilir, pediatrimiz dedi ki, əlavə qidaya başlamaq olar. Ozu de terevezlerden baslamagi meslehet gordu. Qizima kabak verdim oyudu, hec sevmedi. Isteyirem meyve puresi verim amm qorxuram ki, meyvelerin dadini ala terevezleri beyenmesin. Ne meslehet gorersiz?
Yüksək təzyiq üçün hansı həkimə getmək lazımdır?
Salam, 45 yaşlı kişiyəm. Son 3 aydır təzyiqim 150/95 ətrafında gəzir. Ailə həkiminə getdim, dərman yazdı amma kömək etmir. Kardioloqa getməyi düşünürəm, amma kimə gedəcəyimi bilmirəm. Bakıda yaxşı kardioloq tanıyan varmı? Və ya əvvəlcə hansı müayinələri etdirməliyəm?
Hamiləliyin ilk üç ayında qidalanma — nədən çəkinmək lazımdır?
Salam, 8 həftəlik hamiləyəm. Birinci hamiləliyimdir və çox şey bilmirəm. Həkim folat turşusu yazdı. Amma qidalanma barədə çox sual var: çiy ət, dəniz məhsulları, bəzi pendirlər yasaqdır deyirlər. Kimlər bu dövrü keçib, praktiki tövsiyə verə bilərsiniz? Azərbaycanda xüsusi qadağa olan yeməklər varmı?