Helicobacter pylori (helikobakter pilori, mədə bakteriyası) ilə yaşayanlar üçün: təcrübələr, müalicə yolu və sağalanların hekayələri. Tək deyilsən.
Helikobakter pilori (mədə bakteriyası) uzun və yorucu bir yol ola bilər. Müalicə bitir, əlamətlər qayıdır, analizlər yenə müsbət çıxır. İnsan yavaş-yavaş ümidini itirir. Bu hissi yaşayan çoxdur. Amma sağalanlar da var. Bəzən bir nəfərin "mən də bu yolu keçdim, çox çətin idi, indi yaxşıyam" deməsi adamın inamını geri qaytarır. Bir ümid işığı bəzən ən güclü dərmandır. Bu icma bunun üçündür. Əgər bu xəstəliyi keçmisənsə, təcrübəni yaz: hansı müalicə kömək etdi, nə çətin oldu, nə vaxt yaxşılaşdın. Sənin hekayən kiməsə ümid olacaq. Hələ mübarizə aparırsansa, sualını ver, narahatlığını bölüş. Tək deyilsən. Burada bir-birimizə real təcrübə ilə dəstək oluruq. (Qeyd: burada yazılanlar şəxsi təcrübədir, tibbi məsləhət deyil. Müalicə qərarlarını həkiminlə ver.)