28 yaşlı qadınam. Bəzən gözləmədən ürəyim çox sürətli döyünür, 1-2 dəqiqə davam edir sonra keçir. Stresslə bağlı ola bilər deyirlər. Amma bu həftə 3 dəfə oldu. EKQ çəkdirmişəm, normal göstərir. Holter lazımdırmı? Belə vəziyyəti yaşayan varmı?
Bu paroksizmal taxikardiya əlaməti ola bilər. Holter EKQ mütləq lazımdır — adi EKQ o anı tutmur. Mən də 2 il əvvəl eyni şikayətlə getdim, Holter-də tutdu və müalicə başlandı. İndi problem yoxdur.
Mən də gənc qadın kimi eyni problemi yaşadım. Mənim vəziyyətimdə qalxanabənzər vəzi ilə bağlı idi, TSH analizinə baxdırmağı unutma. Bəzən ürək döyüntüsünün kökü kardioloji deyil endokrinoloji olur.