Salam, 45 yaşlı kişiyəm. Son 3 aydır təzyiqim 150/95 ətrafında gəzir. Ailə həkiminə getdim, dərman yazdı amma kömək etmir. Kardioloqa getməyi düşünürəm, amma kimə gedəcəyimi bilmirəm. Bakıda yaxşı kardioloq tanıyan varmı? Və ya əvvəlcə hansı müayinələri etdirməliyəm?
Mən də eyni vəziyyətdə idim. Əvvəlcə ümumi qan analizi, EKQ, böyrək funksiyası yoxlatdım — kardioloq bunları istədi. Bakıda Həyat xəstəxanasında Rauf müəllimə getdim, çox peşəkardır. Dərman dəyişdirdi, 2 ayda normaya düşdü.
150/95 artıq kardioloqa getməyi tələb edir, gecikdirməyin. Müayinə üçün: EKQ, ExoKQ, böyrək USM, ümumi qan+sidik analizi lazım olacaq. Bunları əvvəlcədən etdirəndə kardioloqa gedəndə vaxt itkisi olmur.