Deməli son bir neçə il olardı ki diz ağrısı, diz kilidlənməsindən əziyyət çəkirdim. O vaxt Medera hospitalda yoxlandım fizioterapiya kursu götürdüm 10 günlük. O yaxşı təsir göstərdi, bir il fln ağrı kəsildi.
Sonra yenidən diz ağrılarım başladı. Getdim mrt çəkdirdim kompleks menist yırtığı (bucket handle tear) diaqnozu qoyuldu. BonaDea-da, Medical plazada, Medilandda, Gömrük xəstəxanasında fərqli, sahəsi üzrə ən yaxşı həkimlərin qəbulunda oldum. Hamısı eyni şeyi deyirdi ki, menisk yırtığı son həddədi, çox gecdi indi təmir üçün (ilk 3 ayda təmir olunur, məndə 3 il keçmişdi hardasa), menisk kəsilib götürülməlidi. Menisk də diz qapağının bir birinə sürtünməsinin qarşısını alan bir şeydi. O götürülsə əgər gərək 5-10 il sonra ikinci bir əməliyyat ola diz qapağı yerinə platin qoyula.
Belə ümidsiz vəziyyətdə həkim mənə dedi ki çpx az da olsa ümid var ki meniski qoruyaq. Meniski qorumağın vacibliyindən danışdı. 1 saatlıq əməliyyat 5 saat çəksə də həkim sağolsun meniski təmir elədi.
İndi artıq üzərindən 6 ay keçib əməliyyatın. Təkrar mrt çəkdirdim həkim tikişin bərkidiyini dedi. Yəni əməliyyat uğurlu olub. Təbii ki 6 aylıq rehabilitasiya müddəti də önəmli idi.
Bunu paylaşmaqda məqsədim həm, Yasin həkimə yenidən təşəkkür etmək, həm də bəlkə mənimlə eyni problemi yaşayan insanlar üçün kömək ola bilər. Çünki bu proses həm maddi, həm mənəvi yorucu prosesdir. Mən bu uzun yolu keçdim, siz keçməyin.