52 yaşındayam. Qanda xolesterol 6.8 çıxdı, həkim statin yazdı. Oxudum ki, bu dərmanların əzələlərə zərəri var. Dieta və idmanla xolesterolu salmaq olmurmu? Statin içməkdən qorxuram, həkim isə mütləq lazımdır deyir.
6.8 kifayət qədər yüksəkdir. Dieta+idman əsasən borderline hallarda (5.5-6.2) işləyir. 6.8-də statin tövsiyəsi standart protokoldur. Əzələ ağrısı yan təsiri var amma hamıda olmur — 10 nəfərdən 1-2-də görünür. Həkiminizlə fərqli statin növünü müzakirə edin.